Türkiyənin Suriya sərhədində hərbi hərəkətlərin artması
Fərqli baxış xəbər verir ki, Türkiyə media orqanları ölkənin bir neçə hərbi konvoyunun Suriyanın şimalına daxil olduğunu bildirib.
Türkiyənin Qərar qəzeti internet saytında bu xəbərin görüntülərini yayaraq yazıb: “Yayılan xəbərlərə əsasən, Türkiyə ordusunun konvoyları üç marşrutla – Əfrin, Rəs əl-Eyn (Kobani) və Hələbin şimalı ilə Suriya ərazisinə daxil olub və Mənbicə doğru irəliləyir.”
Deyilir ki, Suriya ordusunun qüvvələri də Deyr əz-Zorda (kürd silahlı qüvvələrinin toplandığı yerdə) öz PUA və artilleriya birləşmələrini gücləndirir.
Əvvəllər Türkiyə hökuməti Suriyanın şimalındakı kürdlərə yanvar ayının əvvəlinə qədər Əhməd Şərə hökumətinə birləşmək üçün möhlət verib.
Türkiyə xəbərdarlıq edib ki, bu müddət bitdikdən sonra Suriya ordusunun köməyi ilə bu ölkənin şimal bölgələrinə hərbi hücum edəcək.
Fərqli baxış

