Trampın iqamətgahı yaxınlığında bir təyyarə izlənildi
Fərqli baxış xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələrinin F-16 qırıcı təyyarəsi bazar günü kiçik mülki təyyarəni izləyib. Həmin təyyarə təsadüfən ABŞ Prezidenti Donald Trampın iqamətgahı üzərindəki uçuşa qadağan olunmuş zonaya daxil olmuşdu.
Hadisə Florida ştatının cənubunda yerləşən dəbdəbəli Palm Biç şəhərinin səmasında baş verib. Burada Trampın şəxsi malikanəsi – Mar-a-Lago yerləşir. Bu malikanə həm klub, həm də dəbdəbəli istirahət məkanıdır.
Tramp tez-tez tətil üçün buradan istifadə etdiyi üçün ərazinin hava məkanı təhlükəsizlik məqsədilə məhdudlaşdırılıb.
Şimali Amerikanın Hava və Kosmik Müdafiə Komandanlığı (NORAD) bildirib ki, izləmə həmin gün səhər saatlarında həyata keçirilib və mülki təyyarə təhlükəsiz şəkildə zonadan çıxarılıb.
Fərqli baxış

