dünya

Trampdan sərt qərar: “Müsəlman qardaşları” terror təşkilatı elan ediləcək

admin info

ABŞ administrasiyası beynəlxalq islam hərəkatı olan “Müsəlman qardaşları”nı terror təşkilatı kimi tanımağı planlaşdırır.

bunu ABŞ Prezidenti Donald Tramp bəyan edib.

ABŞ Dövlət Departamenti daha əvvəl “Müsəlman qardaşları” hərəkatının yalnız bəzi bölmələrini terror təşkilatı kimi tanıyıb.

Ağ Evdə jurnalistlər Amerika liderindən bütün hərəkatı terror təşkilatı kimi tanımaq niyyətində olub-olmadığını soruşublar.

“Bəli, tanıyacağam. Mənim xahişimlə Misir “Müsəlman qardaşları”na çox güclü təzyiq göstərib”, – deyə Tramp cavab verib.

ABŞ Konqresinə keçirilən aralıq seçkilərinin nəticələrinə əsasən, Demokratlar Partiyasının namizədi Əbdül Əl-Sayed ölkə tarixində ilk müsəlman senator olacaq. O, gələn ilin əvvəlindən qanunverici orqanın yuxarı palatasında Miçiqan ştatını təmsil edəcək.

Tramp daha əvvəl Misirdən olan mühacirlərin oğlu Əl-Sayedi “Müsəlman qardaşları” ilə əlaqələrdə ittiham edib.

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Are you human? Please solve:Captcha