“Tramp Venesuelada gizli əməliyyatlar üçün MİA-ın planlarını təsdiqləyib”
Fərqli baxışın verdiyi xəbərə görə, Amerika mediası bildirib:
“ABŞ prezidenti Venesuelaya təzyiq göstərmək və daha geniş hərbi kampaniyaya hazırlaşmaq məqsədilə MİA-ın Venesueladakı əməliyyatlarını təsdiqləyib.
Bununla yanaşı, Venesuela prezidenti Nikolas Maduro hökuməti ilə pərdəarxası əlaqələr bərpa olunub. Bir mərhələdə Maduroya istefa təklifi irəli sürülüb, lakin Ağ Ev bu təklifi rədd edib.
Tramp hələ Venesuelaya quru qoşunlarının göndərilməsinə icazə verməyib. Buna görə də Vaşinqtonun Maduro hökumətinə qarşı artan təzyiq kampaniyasının növbəti mərhələsi diversiya və ya kiber, psixoloji və ya informasiya əməliyyatı ola bilər.”
Fərqli baxış

