Kateqoriyasız

Tramp İrandakı xainləri “baqaja qoymaqla” hədələdi!

hajiinfo

Tramp İrandakı xainləri “baqaja qoymaqla” hədələdi!

1. Trampın “baqaj” hədəsi nə deməkdir?

Donald Trump açıq-açığına elan etdi:

“İranda uduzsaq, orada maaşla işləyən bütün güclü adamların adlarını açıqlayacam, övladlarını Amerikadan-Avropadan qovacam, əmlaklarını müsadirə edəcəm!”

Haha, baxın bu qoca Trampın “qorxutma” üsuluna! Sanki o, İranın içindəki xainləri artıq “baqaj”a yığıb, yalnız “baqajı” açmaq üçün düyməni basmağı gözləyir!

Bu, yeni fitnənin açıq siqnalıdır. Tramp deyir: “Ya mənə xidmət edin, ya da sizi ifşa edəcəm!”

2. Hərbi hücum yoxdur, amma iğtişaş qaçılmazdır!

Hərbi əməliyyat? İstisnadır! Tramp bilir ki, İrana toxunsa, bütün Amerika bazaları və gəmiləri dənizdə batacaq, Qərbi Asiyadan tam çıxarılacaq. Ona görə də planı başqadır; iğtişaş + media müharibəsi + içəridəki xainlər.

Amma bu dəfə Tramp özü xainləri ölüm-dirim qarşısında qoyub: “Ya İranı devirin, ya da mən sizi bütün dünyaya ifşa edəcəm!”

3. 51 qrupun milyardları və “xainlər klubu” Son vaxtlar amerikalılar açıqlayıb: 51 qrup və təşkilat (hətta bəzi din adamları və siyasətçilər də bu qrupun içindədir!) ABŞ-dan milyardlarla dollar alıb ki, İran xalqını təslim etdirsinlər.

İndi bu xainlər qorxudan titrəyirlər, çünki bilirlər ki;

Tramp onları ifşa edəcək,
Fitnə məğlub olduqdan sonra heç bir ölkə sığınacaq verməyəcək,
İran xalqı onları ayaq altında əzəcək, Onsuz da yox olan nüfuzları tam bitəcək.

Sanki Tramp onlara deyir: “Mən sizi satdım, indi özünüz çıxın işin içindən!”

4. Psixoloji müharibə + iğtişaş = qaçılmaz məğlubiyyət!

Media vasitəsilə yalan kampaniyası başlayacaq, sonra iğtişaş. Amma fitnənin məğlubiyyəti də qaçılmazdır, çünki bu dəfə Tramp özü xainlərin əlini-qolunu bağlayıb. İnqilab dalğa vuranda zibilləri kənara atır – Şəhid Deylaminin dediyi kimi.

5. İmam Xameneinin qələbə proqnozu

Qulağımızı İmam Xamenei cənablarına verək! Onun qulağı birbaşa İmam Zamana (əf) bağlıdır.

47 ildir nə deyibsə, hamısı çıxıb. Bu dəfə də deyir: “Qələbə bizim olacaq, inşallah!” Bu fitnədə də böyük xainlər üzə çıxacaq, sistem təmizlənəcək, İran daha da güclənəcək!

6. Bizim silahımız – telefonlarımızdır!

Ən yaxşı müdafiə maarifləndirmədir Media fəalları, ziyalılar, gənclər, hamınız qalxın! Fitnə başlamazdan əvvəl xalqı oyadın, axırzaman fitnələrini izah edin, çıxış yolunu göstərin.

Bu mətni bütün qruplarda, bütün tətbiqlərdə paylaşın! Çünki nüfuz edənlərin boynunu vurmağın, xalqın malını talayanların əlini kəsməyin yeganə yolu maarifləndirmə və maariflənmədir!

Sadiq Vəid
Təhlil şöbəsi

Fərqli baxış

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Are you human? Please solve:Captcha