Tramp Çin prezidenti ilə görüşdən sonra: “Demək olar ki, hər şeyə razılaşdıq”
Fərqli baxış xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Çinli həmkarı Şi Cinpinqlə görüşünü “böyük uğur” adlandırdı və onunla “demək olar ki, hər şeyə” razılaşdıqlarını bildirdi.
Tramp cümə günü Cənubi Koreyanın Busan şəhərində Şi ilə görüşdən sonra açıqlamasında dedi: “Apreldə Çində olacağam, sonra isə o da ABŞ-a gələcək.”
O, öz təyyarəsində jurnalistlərə dedi ki, Çin prezidenti ilə görüşdə bir çox şey yekunlaşdırıldı və biz demək olar ki, hər şeyə razılaşdıq.
Tramp Çinli həmkarını “çox güclü ölkənin fövqəladə rəhbəri” kimi təsvir etdi və əlavə etdi ki, bu görüşdə Çin məhsullarına gömrük rüsumlarının azaldılması, Çinin ABŞ yağlı toxumlarının alınmasının bərpası, nadir mineralların ixracının davam etdirilməsi və qeyri-qanuni narkotik fentanil ticarəti ilə mübarizə barədə razılıq əldə olunub.
Fərqli baxış

