Tramp, Cefri Epsteyn sənədlərinin açıqlanması qanununu imzaladı!
Fərqli baxış xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp cümə günü etdiyi açıqlamada, Cefri Epsteynlə bağlı sənədlərin açıqlanması üçün qanun layihəsini imzaladığını bildirdi. Gözlənilir ki, bu sənədlər Epsteyn şəbəkəsinin və onunla əlaqəli tanınmış siyasi şəxslər haqqında yeni məlumatları üzə çıxaracaq.
Tramp “Truth Social” sosial şəbəkəsində yayımladığı bəyanatında, ABŞ Ədliyyə Nazirliyinin indiyədək bu sənədlərin təxminən 50.000 səhifəsini Konqresə təhvil verdiyini ifadə etdi. O, bu qanun layihəsinin “təxminən konsensus” şəklində bir səslə qəbul edildiyini və bu addımın, Nümayəndələr Palatasının sədri Mayk Consona və ABŞ Senatının əksəriyyət lideri Con Tunna birbaşa müraciətindən sonra həyata keçirildiyini əlavə etdi.
Fərqli baxış

