🔹 Məlumata görə, Natanz nüvə kompleksinin cənubunda yerləşən və “Kirkə dağı” (Pickaxe Mountain) adlanan obyekt ABŞ və İsrailin 22 iyun hücumlarından sonra sürətləndirilib.
🔹 Bu obyektin inşasına 2020-ci ildən başlanılıb. İran mühəndisləri Zəgros dağlarında dərin tunellər qazır – bəzi zal və tunellərin 80–100 metr dərinliyə qədər uzandığı ehtimal olunur ki, bu da Fordo obyektindən daha dərin sayılır.
🔹 İran bildirib ki, obyekt sentrifuqaların yığılması üçün nəzərdə tutulub, lakin onun miqyası və dərinliyi ekspertlərdə şübhə doğurur – ehtimal olunur ki, burda uran zənginləşdirmə və ya silah səviyyəsinə yaxın uran saxlanması baş verə bilər.
🔹 Analitiklərin sözlərinə görə, bu addımlar İranın birdən-birə nüvə silahına keçidi demək deyil, amma ABŞ-İsrail hücumlarından sonra nüvə proqramının ehtiyatlı şəkildə bərpası kimi dəyərləndirilir.
@ferqlibaxish

