İran

Təbrizdə İslam Təbliğatı İdarəsinə yeni direktor təyin olunub

hajiinfo

Təbrizdə İslam Təbliğatı İdarəsinə yeni direktor təyin olunub

Fərqli Baxış xəbər verir ki, İranın Şərqi Azərbaycan vilayətində İslam Təbliğatı İdarəsinin yeni direktoru təyin olunub.

Höccətül-islam Seyyid Həsən Əslinəjad İran İslam Təbliğatı Təşkilatının rəhbərinin qərarı ilə bu posta gətirilib və o, höccətül-islam Seyyid Mahmud Hüseyninin yerini tutub.

Əslinəjad bundan əvvəl Qurani-Kərim və Hədis şöbəsinin müdiri, Hindistanda Beynəlxalq Əl-Mustafa Universitetinin nümayəndəliyinin maliyyə işləri üzrə müavini və Təbrizdə yerləşən Beynəlxalq Əl-Mustafa Universitetinin Şərqi Azərbaycan nümayəndəliyinin tədris işləri üzrə müavini kimi vəzifələrdə çalışıb.

Rəsmi təqdimat və təhvil-təslim mərasimi 1 oktyabr çərşənbə günü saat 09:00-da vilayətin İslam Təbliğatı İdarəsinin akt zalında yerli və milli məsulların iştirakı ilə keçiriləcək.

@ferqlibaxish

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Are you human? Please solve:Captcha