Aİ səfirləri Moskvaya qarşı 19-cu sanksiyalar paketini müzakirə etsələr də, qərar hələ qəbul edilməyib – Slovakiya etiraz edib.
Qeyd olunur ki, Bratislava bundan əvvəl də 18-ci sanksiyalar paketini bloklamışdı. Səbəb RePowerEU təşəbbüsündə 2028-ci ilə qədər Rusiyadan qazdan tam imtina məsələsində zəmanət tələb etməsi olub. Slovakiya və Macarıstan Rusiyadan kəskin enerji asılılığından imtinanın əleyhinədir.
Yeni sanksiyalar paketi aşağıdakılardan ibarətdir:
2027-ci ildən rus maye qazının qadağan edilməsi
“Rosneft” və “Qazpromneft”ə qarşı məhdudiyyətlər
118 gəmidən ibarət “kölgə donanması”na qarşı tədbirlər
Rusiyaya sanksiyalardan yan keçməyə yardım edən ölkələrə qarşı addımlar

