Sionist ravvinlər müsəlman merə qarşı kampaniya başlayıblar
Fərqli Baxış-ın The Jews Chronicle-a istinadən verdiyi xəbərə əsasən, ABŞ-da 850-dən çox ravvin birləşərək Nyu-York meri müsəlman siyasətçi Zohran Mamdaniyə qarşı açıq məktub yayıblar. Məktubda sionist dairələr onu “İsraili tənqid etməkdə” və “anti-sionizmi normallaşdırmaqda” ittiham ediblər.
Sionistlər “Yəhudi gələcəyini müdafiə etmək üçün ravvin çağırışı” adlı bu məktubda Mamdanini “İsrailin legitimliyini inkar edən” şəxs kimi qələmə veriblər. Məktubu imzalayanlardan biri, Nyu-York Ravvinlər Şurasının rəhbəri Ammiel Hirsch açıq şəkildə etiraf edib ki, məqsədləri “anti-sionist mövqeləri susdurmaqdır”.
Fərqli baxış

