Kateqoriyasız

Sionist jurnalist: HƏMAS komandirlərinin öldürülməsi ilə bitməyəcək

hajiinfo

Sionist jurnalist: HƏMAS komandirlərinin öldürülməsi ilə bitməyəcək

Sionist rejimin 14-cü kanalının jurnalisti Tamir Merag, Qəssam briqadalarının “ikinci şəxsi”nin öldürüldüyü iddiasına reaksiya verib. Deyib ki, HƏMAS rəhbərləri sıradan çıxarılsa belə, bu, HƏMAS-ın Qəzzədə varlığının sonu demək deyil.

Onun sözü:
“Özümüzü aldatmayaq. Qəssamda 2-ci şəxs (Raed Səd), sonra da 1-ci şəxs İzzəddin Həddad öldürülsə belə, bu HƏMAS-ın Qəzzədə bitməsi demək deyil.”

Jurnalist əlavə edib ki, HƏMAS və onun hərbi qanadı Qəssamın hələ də kifayət qədər geniş komandir ehtiyatı var — adları tanınmasa da, adam boldur.

O, həmçinin HƏMAS-ın sahə və logistika gücünə toxunub: minlərlə döyüşçü, hərbi texnika, onlarla ton partlayıcı və yüzlərlə kilometr tunel hələ də onların əlindədir.

Qeyd edək ki, dünən “İsrail” ordusu atəşkəsi pozaraq Qəssamın silah istehsalına cavabdeh olan Raed Sədin öldürüldüyünü iddia edib. Bu iddia nə təsdiqlənib, nə də təkzib olunub.

Fərqli Baxış

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Are you human? Please solve:Captcha