İran

SEPAH-dan İsrailə sərt mesaj: “Mübarizə Qüds azad olunana qədər davam edəcək”

hajiinfo

SEPAH-dan İsrailə sərt mesaj: “Mübarizə Qüds azad olunana qədər davam edəcək”

Fərqli baxış xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusu bəyanat yayaraq HƏMASın iki mücahid və cəsur komandiri Mücahid Məhəmməd Udə “Əbu Əmr” və “Əbu Suheyb” kimi tanınan İzzəddin əl-Həddadın şəhadəti münasibətilə təbrik və başsağlığı verərək vurğulayıb:

“Sionist rejim məhv edilmədən bölgə rahatlıq görməyəcək və ABŞ-ın xəbis və qumarbaz prezidentinin danışdığı sülh qətliam, öldürmə və terrordan başqa bir şey deyil.”

SEPAH bəyanatının bir hissəsində deyilir:

“Mücahid Məhəmməd Udənin (Əbu Əmr) həyat yoldaşı ‘Ümmü Əmr’ və üç övladı Yasir, Yəhya və Cəmilə ilə birlikdə Qəzzə şəhərinə sionist rejimin hava hücumu nəticəsində şəhid olması, eləcə də təxminən dörd onillik ərzində sionistlərlə mübarizə aparmış İzzəddin əl-Qəssam briqadalarının komandirlərindən olan İzzəddin əl-Həddadın (Əbu Suheyb) şəhadəti, bir daha çirkli, cəllad və terrorçu sionist rejimin vəhşi və şeytani mahiyyətini üzə çıxardı.”

Bəyanatda qeyd olunub: “Saxta və qəsbkar sionist rejimin təxminən 8 onillik cinayət siyahısı bir daha dünya ictimaiyyətinə, xüsusilə insan haqları və xalqların azadlığını müdafiə etdiyini iddia edənlərə göstərir ki, bu uşaq qatilı və şeytani rejim yer üzündən silinmədən Qərbi Asiya bölgəsi rahatlıq görməyəcək və ABŞ-ın xəbis və qumarbaz prezidentinin danışdığı saxta sülh planları qətliam, öldürmə və terrordan başqa bir şey deyil.”

Bəyanatda Qəzzə xalqının və HƏMAS döyüşçülərinin müqavimətinə toxunularaq vurğulanıb:

“Bu şərəfli komandirlərin şəhadəti müqaviməti zəiflətməyəcək, əksinə Fələstin və müqəddəs Qüds azad olunana qədər cihadın davam etməsinə səbəb olacaq.”

Bəyanatın sonunda Fələstin İslam müqavimətinin komandirlərinin şəhadəti münasibətilə təbrik və başsağlığı verilərək, İran İslam cümhuriyyətinin və xalqın qüdrətli SEPAH-ının müqavimət oxuna hərtərəfli dəstəyi, həmçinin İnqilab Keşikçilərinin Qüdsü işğal edənləri və onların tərəfdarlarını cəzalandırmaq üçün bitməz iman və əqidə əzmi vurğulanıb.

Fərqli baxış

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Are you human? Please solve:Captcha