Şagirdlərdə milli-mənəvi dəyərlər formalaşdırılmalıdır
“Təhsil prosesində şagirdlərdə yalnız bilik, bacarıq və vərdişlər deyil, eyni zamanda milli-mənəvi dəyərlər də formalaşdırılmalıdır.”
Bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov “Dini düşüncə mədəniyyəti pedaqoji perspektivlər” mövzusunda keçirilən konfransda çıxışı zamanı bildirib.
Nazir müavini qeyd edib ki, milli-mənəvi dəyərlərin aşılanması xüsusilə gənclər üçün mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, xalqın formalaşması uşaqların formalaşmasından asılıdır və bu prosesdə təhsilin rolu olduqca vacibdir.
Firudin Qurbanov vurğulayıb ki, dini dəyərlərin zorla tətbiqi düzgün yanaşma deyil. Lakin düzgün qurulmuş təhsil prosesində dini komponentlərə də müəyyən yer ayrılır. Bu yanaşma orta məktəblərdə “Həyat bilgisi” fənnində, ali təhsil müəssisələrində isə “Dinlərin tarixi” və digər fənlər vasitəsilə həyata keçirilir.
Fərqli baxış

