Şəhid Sinvar: “Əgər cəbhələr dərhal açılmasa, İsrail hər kəsi tək-tək vuracaq”
İsrail qəzeti Maariv-in iddiasına görə, Şəhid Yəhya Sinvar, Şəhid Məhəmməd əd-Deyf və Şəhid Mərvan İsanın 2023-cü il oktyabrın 7-si səhər – HƏMAS-ın İsrail mövqelərinə və hərbi məntəqələrinə hücumunun ilk saatlarında Şəhid Həsən Nəsrullaha ünvanladığı məktubun məzmunu dərc olunub. Sionist qəzetin iddialarına əsasən, məktubda HƏMAS rəhbərliyi “Hizbullah”ın dərhal müharibəyə qoşulmasını ə tələb edirərək xəbərdarlıq edirdi: Əgər cəbhələr eyni vaxtda açılmasa, İsrail düşmənlərini bir-bir vurmağa başlayacaq.
Məktubun müəllifləri əməliyyatın tam gizlilik şəraitində hazırlandığını və onun tarixini HƏMAS rəhbərliyinin bir hissəsinin belə bilmədiyini yazırdılar. Onlar Nəsrullaha izah edirdilər ki, gizlilik gözlənilməzlik effektini qorumaq üçün zəruri idi. Mətndə 2023-cü il avqustun 22-də keçirilən İsrail hərbi-siyasi kabinetinin iclasına istinad edilir və orada Qəzzə, Livan, İran və “müqavimət oxu”-nun digər qüvvələrinin iştirakı ilə vahid müharibənin baş verməməsi strategiyasının müzakirə edildiyi iddia edilir.
Sinvar və əd-Deyf xəbərdarlıq edirdi: İsrail cəbhələri ayırmağa və müharibəni mərhələli şəkildə aparmağa cəhd edəcək, əvvəlcə Qəzzəyə qarşı, sonra Livana, daha sonra isə İrana qarşı. Məhz buna görə də şimal cəbhəsinin dərhal açılmasını tələb edirdilər; kütləvi raket zərbələri, pilotsuz uçuş aparatları ilə hücumlar və “Rizvan” xüsusi təyinatlılarının şimaldakı İsrail mövqelərinə qarşı əməliyyatları.
Bununla yanaşı, məktubda İranın müharibənin ilk saatlarından rəsmi şəkildə qoşulmasının mütləq olmadığı vurğulanırdı, lakin onunla bağlı bütün qüvvələr eyni vaxtda hərəkətə başlamalı idi. Müəlliflər Həsən Nəsrullahı birbaşa xəbərdar edirdi; ləngimə İsrailə hər istiqaməti təcrid etmək və onları ayrı-ayrılıqda məhv etmək imkanı verəcək.
Məktubun dərcindən sonra İsrail analitik mərkəzləri açıq şəkildə bir sualı müzakirə etməyə başladı; əgər İran və “Hizbullah” oktyabrın 7-də müharibəyə qoşulsaydı, nə baş verərdi? Jerusalem Center for Security and Foreign Affairs 2024-cü ildə apardığı tədqiqatda dərhal qoşulmaqdan imtina etməyi “strateji səhv” adlandırıb. İsrail nəşrlərində etiraf edilir ki, İsrailin şimalı o zaman tammiqyaslı hücuma hazır deyildi, ehtiyatda olan əsgərlər hələ tam səfərbər edilməmişdi və hava hücumundan müdafiə sistemləri Qəzzədən, Livandan və digər istiqamətlərdən eyni vaxtda gələn zərbələr altında həddən artıq yüklənə bilərdi.
Haaretz, Walla, New York Times və İsrail tədqiqat mərkəzlərinin materiallarında qeyd olunur ki, oktyabrın 7-nin ilk saatlarında gözlənilməzlik effekti İsrail üçün son dərəcə ağır daxili böhran yarada bilərdi. “Hizbullah”ın, İranın və digər müttəfiq qüvvələrin eyni vaxtda iştirakı reaksiya sisteminin işini poza və ABŞ-a təzyiqi kəskin şəkildə artıra bilərdi.
Bu gün İsrail analitiklərinin özləri də etiraf edir; hadisələr məhz Sinvarın xəbərdarlıq etdiyi ssenari üzrə inkişaf etdi. Əvvəlcə Qəzzə təcrid edilərək dağıdıldı, sonra Livana təzyiq başladı, “Hizbullah” komandirlərindən bəzilərinin şəhadəti, peycer terror əməliyyatı və Livanın cənubuna zərbələr həyata keçirildi. Bundan sonra münaqişə birbaşa İrana keçdi. Bir çox İsrail nəşrlərində birbaşa qeyd olunur ki, müharibənin mərhələli xarakteri İsrail üçün strateji baxımdan sərfəli oldu.
Mənbələr: Maariv, Jerusalem Center for Security and Foreign Affairs, Haaretz, Walla, New York Times
Fərqli baxış

