“Şəhid Rəhbərin elmi mərcəiyyəti” mövzusunda elmi seminar keçirilib

Müqəddəs Qum şəhərində keçirilən elmi tədbirdə Azərbaycan Respublikasından olan tələbə və ruhanilər iştirak edib. Fərqli Baxış xəbər verir ki, Azərbaycan Tələbələrinin Elmi Şurası tərəfindən keçirilən tədbirdə ilkin söz Şəhid Rəhbərin Azərbaycan ofisinin rəhbəri Höccətül-islam vəl-müslimin Hacı Məhəmməd Baqir Sahivərə verilib.

“Bəzi alimlər sadəcə ya filosofdu, ya mütəkəllimdi və s. Amma Şəhid Rəhbər bütün bunlarla yanaşı tohidmehvər idi. O, azad rifah və ədaləti cəmiyyət üçün mühüm bilirdi. Arzusu İslam sivilizasiyasını yaşatmaq idi. Onun strateji baxışı aşağıdakı 5 bənddəki kimidir;
1. Texnologi inkişafa dəqqət edirdi.
2. Xalis Məhəmmədi (s) İslamın təbliğinə çalışırdı.
3. Cihadın idarəolunmasını idari idarəetmənin qarşısında bilir.
4. İmperializmlə mübarizədə həmişə öndə idi. Müharibə tələb edən deyildi, amma zatlnda istismar və imperializmlə mübarizə vardı.
5. Dini dəyərlərə söykənən xalq hakimiyyətini istəyirdi. Xalqa etimad edirdi, işlərin çoxunun alqa verilməsi arzulayırdı,
– deyə Ağa Saivər çıxışı zamanı bildirib.
Növbəti məruzəçi Kərbəlayi Eldar Əliheseynzadə ələmiyyət bəhsinə toxunaraq öz fikirlərini açıqlayıb. O, əhəmiyyətin meyarlarına toxunaraq deyib:
1. Təfəkkür qüvvəsi
2. Təfəkkür tərzi
3. Came elm sahibliyi
Əziz rəhbərimiz bu məsələlərdə kamil elm sahibi idi”.
Sonuncu məruzəçi höccətül-islam Hacı Cəbrayıl Abıyev “Şəhid Rəhbərin düşüncəsində Qurani-Kərimin mövqeyi” mövzusuna toxunub. Məruzəçi qeyd edib ki, Şəhid Rəhbər özü Quranla üns tutmuşdu.
“Quran onun canına-qanına hopmuşdu, bütün addımları, qərarları Qurana söykənirdi. O, İslamın əsas qaynağı olan Quran mehvərli alim, sözün əsl mənasında Quranşünas idi və Quranmehvər rəhbər idi. Təsadüfi deyil ki, hələ 54 il bundan qabaq Şəhid Ustad Mütəhhəri Şəhid Rəhbəri Quran təfsiri üzrə mütəxəssis adlandırılmışdır”, –
deyə Hacı Cəbrayıl çıxışı zamanı bildirib.
Seminar Hacı Məhəmməd Baqir Sahivərin etdiyi dualarla yekunlaşıb.

Fərqli baxış

