ölkə 8 noyabrda bitən həftə ərzində gündə orta hesabla 3,37 milyon barel neft ixrac edib ki, bu da son üç həftənin ən aşağı göstəricisidir. İxrac əvvəlki həftədəki 28,53 milyon bareldən 23,6 milyon barelə düşüb.
Agentlik səbəblərdən biri kimi Sakit okeanın əsas limanı olan Kozminoda daşınmaların dayandırılmasını qeyd edir. Peyk görüntüləri hər iki körpünün ehtimal ki, təmir işləri ilə əlaqədar ardıcıl üç gün boş olduğunu göstərib.
Eyni zamanda Baltik və Qara dənizlərdəki Rusiya limanlarından ixrac azaldılıb.
Noyabrın 2-də Ukrayna pilotsuz təyyarələri Samarada,Ust-Luqa və Novorossiysk ixrac marşrutlarına qoşulan əsas mərkəz olan neft nasos stansiyasına hücum edib. Lakin Bloomberg hücumla daşınmaların azalması arasında birbaşa əlaqəni təsdiqləyə bilmir.
Bu fonda Ukrayna Rusiya neft emalı zavodlarına intensiv hücumları bərpa edib: noyabrın əvvəlindən bəri ümumi gücü gündə 1,7 milyon barel olan altı obyektə zərbə endirilib. Nəticədə, Rusiyanın dəniz yolu ilə neft ixracının orta dörd həftəlik ümumi dəyəri altı həftəlik minimuma – 2,48 milyard dollara düşüb.

