Rusiya hərbi peykləri kosmosa göndərdi
Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, ölkənin kosmik qüvvələri Arxangelsk bölgəsindəki Plestsesk kosmik bazasından peyk daşıyan raket vasitəsilə bir neçə yeni hərbi peyki orbitə uğurla yerləşdiriblər.
Nazirliyin bəyanatına görə, peyklərin orbitə göndərilməsi və yerləşdirilməsi plan üzrə və problemsiz həyata keçirilib.
Bəyanatda əlavə edilir ki, Angara-1.2 peyk daşıyıcısı buraxıldıqdan sonra “Herman Titov” Kosmik Sınaq Mərkəzinin yer sistemləri tərəfindən nəzarətdə saxlanıb və müəyyən edilmiş vaxtda peyklər hədəf orbitlərinə ötürülərək Rusiya kosmik qüvvələrinin yer sistemləri vasitəsilə idarə olunub.
Fərqli Baxış

