İran

Qrossi: “İran Agentliyə giriş təmin etməlidir!”

hajiinfo

Qrossi: “İran Agentliyə giriş təmin etməlidir!”

Fərqli baxış xəbər verir ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rusiyanın Ria Novosti xəbər agentliyi ilə müsahibəsində İranın Agentliyin inspektorlarına İranın nüvə obyektlərinə baş çəkmək üçün giriş təmin etməsini tələb etdi.

Rafael Qrossi bu tələbini əsaslandırmaq üçün davam etdi ki, Agentliy İranın nüvə obyektlərinə girişə israr edir ki, İran rəsmilərinin bu mərkəzlərin təhlükəsiz və əlçatan olmadığı barədə ifadələrini doğrulaya bilsin.

Vaşinqtonun bütün İran nüvə obyektlərinin 12 günlük müharibə zamanı məhv edildiyi iddiası nəzərə alınmaqla Agentliyin İranda davamlı mövcudluğunu və yoxlamaların zəruriliyini necə əsaslandırmaq niyyətində olduğu sualına cavab olaraq, Qrossi dedi:

“İranın fəaliyyəti yalnız üç nüvə obyekti ilə məhdudlaşmır. Bu üç mərkəz uranın yenidən emalı, konversiyası və zənginləşdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir, lakin İranın nüvə proqramı onlardan daha genişdir və irəliləmiş tədqiqat və inkişaf bölməsini və bütün ölkədə çox sayda digər obyektləri əhatə edir.”

Fərqli baxış

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Are you human? Please solve:Captcha