Qazağıstan, Sionist varlıq olan İsraillə, müqavilə bağlayıb. Fələstin müqavimət qüvvələrinin reaksiyası:
Xalq müqavimət komitələri bu qərarı “qatillərin və sionist cinayətkarların əllərini axıdılmış Fələstin qanı ilə təmizləmək cəhdi” kimi xarakterizə edərək, atılan addımı “faşist varlıqa və onun liderlərinə müharibə və soyqırım müqabilində hədiyyə” “mənəvi və əxlaqi tənəzzülün nümayişi” olaraq qiymətləndirib qınadılar. Komitələr Qazağıstandan, əsasən bu varlıqların millətlər arasında təcrid olunduğu zamanda, dərhal atdiqları bu “qəbuledilməz və anlamsız addımın” ləğvini tələb etdilər, və hər növ normallaşmanı Fələstin xalqına “arxadan vurulan zərbə” adlandırdılar.
Əxrar hərəkatı, Qazaxıstanın qərarını “əsassız normallaşma” və işğalçıların cinayətlərinin “bəraəti” kimi qınadı. Əxrar, bütün dünya hüquq sistemlərinə ” Sionist varlığın faşist əlinə zərbə endirib”, onun baykot edilməsini və liderlərini, cəzadan qaça bilməmələri üçün, təgib etmələrinə çağırış edib.
Fələstinin azadlıq demokratik cəbhəsi, qərarı soyqırımın davam etdiyi bir zamanda, “faşist İsrail işğalçılarına” çox aydın şəkildə üstünlük verilməsi və “Fələstin qurbanlarının təhqir olunması” kimi qınadı. Fələstin cəbhəsi əsasən qeyd etdi ki, İbrahim sazişləri sülh razılaşması deyil, əksinə Ərəb dinc təşəbbüsünü pozan və “Sionist hegemonluqa” qulluq edən “normallaşma ittifaqıdır” Fələstin cəbhəsi, Qazaxıstanın bu dəhşətli addımını “cinayətin mənəvi və siyasi iştirakçısı” adlandırıb, bu müqaviləni dərhal ləğv eləməyə və əsasən baykotu gücləndirməyə çağırdı.
HƏMAS, Qazaxıstanın bəyanatını, Qəzzədə törədilən “soyqırım cinayətlərinin təmizlənməsinə qulluq edən” “qınanmalı olunub rədd ediləcəyi addım” kimi xarakterizə edib. Hərəkat, sazişin “faşist varlıqların və onların dünyada axtarışda olan cinayətkar liderlərinin, xalqlar arasında təcrid olunmasının gücləndiyi fonda” imzalanmasını qeyd edib. HƏMAS yenidən bütün ölkələrdən, “əsasən müsəlman və ərəb dövlətlərindən, bu varlıqlarla olan hər növ münasibətlərə son qoymağı” və Fələstinin paytaxt Qüds ilə azad ölkə olması üçün apardığı mübarizəyə dəstək göstərmələrini tələb etdi.
Fərqli baxış

