Kateqoriyasız

Pakistanın xarici işlər naziri: İsraili tanımaq qətiyyən gündəmdə deyil

hajiinfo

Pakistanın xarici işlər naziri: İsraili tanımaq qətiyyən gündəmdə deyil

Məhəmməd İshaq Dar Marko Rubio ilə görüşündən sonra jurnalistlər qarşısında bildirib:

“Abraham razılaşması” ilə bağlı çoxlu şayiələr yayılıb. Aydın olsun ki, Pakistanın bu məsələdə mövqeyi çox açıq və sabitdir.

Fələstin 1967-ci il sərhədləri modelinə uyğun tanınmadan və Qüds onun paytaxtı elan edilmədən bu mövzuda heç bir yumşalma mümkün deyil.

Pakistan Fələstin və Qəzzə ilə bağlı uzunmüddətli mövqeyinə sadiqdir və müstəqil Fələstin dövləti qurulmadan İsrailə münasibətdə heç bir siyasət dəyişikliyi olmayacaq.

Qeyd edilib ki, bir neçə gün əvvəl Tramp Pakistan, Səudiyyə Ərəbistanı və Qətər də daxil olmaqla bir neçə ölkədən Abraham razılaşmasına qoşulmağı tələb etdiyini bildirmişdi.”

Fərqli baxış

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Are you human? Please solve:Captcha