Özünüzü boğulmaqdan xilas edin!
Təklikdə bir şey boğazımıza ilişəndə nə etməliyik?
Bir əlinizi yumruq şəklində sıxın və baş barmaq tərəfdən yumruğunuzu diafraqmanın üzərinə, qabırğa qəfəsinin altında və göbəyin yuxarısında qoyun.
Boğazda qalan nəsnə çıxana qədər yuxarı və arxaya doğru basın.
Əgər bunu edə bilmirsinizsə, diafraqma nahiyənizi stul kimi sərt bir obyektin üstünə qoyun.
Boğazda ilişən nəsnənin çıxması üçün irəli-geri hərəkətləri növbə ilə edin.
Stula söykənməzdən əvvəl əvvəlcə yumruğunuzu diafraqmanın üzərinə qoya, sonra yumruğunuzun digər tərəfini stulun üzərinə qoyaraq təzyiq tətbiq edə bilərsiniz.
Fərqli baxış

