#şiəfobiya
Onkoloji xəstə Xoşqədəm Quliyeva 68 gündür şərlənərək həbsdə saxlanılır
Avqustun 15-i Azərbaycan Respublikasının paytaxtı Bakıda şərlənərək saxlanılan inanclı xanımlardan biri də Xoşqədəm Quliyevadır. Fərqli Baxış bildirir ki, ailəsi onkoloji xəstə olan X.Quliyevanın həbsindən çox nigarandır. Ailə zindan şəraitinin onun səhhətini daha da ağırlaşdıraraq durumun faciə ilə nəticələnməsindən narahatdır.
Aidiyyatı qurumlardan durumu həssas qarşılamalarını və günahsız həbs edilən inanclı xanımların, o cümlədən onkoloji xəstəlikdən əziyyət çəkən Xoşqədəm Quliyevanın azadlığa buraxılmasını tələb edirik.
Xatırladaq ki, sözügedən tarixdə Ərbəin günü münasibətilə ehsan verdiyi üçün şərlənərək həbs olunan xanımlardan fərqli olaraq, X.Quliyeva ümumiyyətlə “hadisə” yerində olmayıb.
Fərqli baxış

