İran

OECD ölkələrində İranla müharibəyə görə inflyasiya artıb

hajiinfo

OECD ölkələrində İranla müharibəyə görə inflyasiya artıb

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) bildirib ki, təşkilata üzv ölkələrdə enerji inflyasiyasının orta göstəricisi fevral ayında sıfır olub.

Lakin ABŞ və İsrail rejiminin İrana qarşı hərbi əməliyyatlarından sonra bu göstərici ötən illə müqayisədə 8 faizdən yuxarı qalxıb.

Üzv ölkələr arasında Türkiyə mart ayında (2025-ci ilin martı ilə müqayisədə) 33,1 faiz enerji inflyasiyası ilə ən yüksək göstəricini qeydə alıb. Avstraliya isə 22 faizlə ikinci yerdədir.

ABŞ-ın mövqeyi də diqqət çəkir. Ölkədə enerji inflyasiyası ötən ilin martı ilə müqayisədə 12,5 faizə çataraq siyahıda beşinci yeri tutub. Halbuki fevral ayında ABŞ-da enerji inflyasiyası sıfır idi və cəmi bir ay ərzində enerji qiymətləri 12 faizdən çox artıb.

Fərqli baxış

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Are you human? Please solve:Captcha