Kateqoriyasız

“Netanyahu İsrail əsgərlərinin malını oğurlayır”

hajiinfo

“Netanyahu İsrail əsgərlərinin malını oğurlayır”

Fərqli baxış xəbər verir ki, Avigdor Liberman bu gün elan edib ki, Binyamin Netanyahu sionist rejimin əsgərlərinin cibindən pul oğurlayır və bu pulları hərbi xidmətdən qaçan haredilər (ultra-ortodoks yəhudilər) arasında paylayır.

“İsrail Bizim Evimiz” partiyasının rəhbəri və sionist rejiminin keçmiş müdafiə naziri bu sözləri haredilərin hərbi xidmətdən azad edilməsi ilə bağlı parlamentdə (Knesset) qanun layihəsinin müzakirəsinə reaksiya olaraq bildirib.

Liberman dedi: “Netanyahu hərbi xidmətdən qaçanlardan əl çəkməyə hazır deyil. Hər hansı bir hökumət kombinasiyasında o, Şas və Yəhudat HaTora partiyalarından (haredi partiyaları) əl çəkmir. Mən onları razı salmaq üçün nə qədər pul vurulduğunu görürəm.”

Liberman Netanyahu kabinetinin 7 oktyabr 2023-cü ildəki uğursuzluğuna istinad edərək davam etdi: “7 oktyabr hökuməti pulu əsgərlərdən oğurlayır və onu hərbi xidmətdən qaçanlar (haredilər) arasında paylayır.”

Fərqli baxış

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Are you human? Please solve:Captcha