Kateqoriyasız

Netanyahu 100 qeyri-qanuni qəsəbəçi fermasını Qərb Sahildə leqallaşdırmağa çalışır

hajiinfo

Netanyahu 100 qeyri-qanuni qəsəbəçi fermasını Qərb Sahildə leqallaşdırmağa çalışır

«Yediot Ahronoth» qəzeti yazır ki, İsrailin baş naziri Benyamin Netanyahu Qərb Sahilin strateji nöqtələrində qeyri-qanuni şəkildə qurulmuş təxminən 100 qəsəbəçi məntəqəsini (ferma) rəsmi olaraq leqallaşdırmağı planlaşdırır.

Qəzetin məlumatına görə, bu fermalar fələstinlilərə məxsus torpaqlar üzərində tikilib və «otlaq sahələri» kimi təsnifatlaşdırılmış minlərlə dunam ərazini ələ keçirib. Bu məntəqələrin leqallaşdırılması Qərb Sahilin həssas və strateji əhəmiyyətli bölgələrində minlərlə dunam fələstin torpağının rəsmi olaraq ələ keçirilməsi demək olacaq.

Netanyahu sonuncu nazirlər kabinesi iclasında (qəsəbəçilərin hücumlarının artdığı dövrə təsadüf edən keçirilən iclasda) demişdi ki, fələstinlilərin hərəkətlərinə cavab olaraq bu fermaların leqallaşdırılmasını təsdiqləmək lazımdır.

Fərqli Baxış

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Are you human? Please solve:Captcha