Kateqoriyasız

Nestlé anti-İsrail boykotlarına görə minlərlə işçisini ixtisar edəcək

hajiinfo

Anti-İsrail boykotlarının artması səbəbindən Nestlé dünyada 16 min işçisini ixtisar etməyi planlaşdırır. Şirkət 2026-cı ilə qədər 3 milyard İsveçrə frankı qənaət etməyi hədəfləyir.

Nestlé satışların azalmasını İsrail rejiminin Qəzzədəki müharibəsindən sonra başlayan boykot kampaniyaları ilə izah edib. Şirkət İsrailin Osem adlı qida şirkətinin əsas səhmdarıdır.

Boykotlar nəticəsində İsrailə bağlı bir çox brend və müəssisələr, o cümlədən ABŞ-da fəaliyyət göstərən “Shouk” restoran şəbəkəsi fəaliyyətini dayandırıb.

Fərqli baxış

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Are you human? Please solve:Captcha