İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsin Rzayi “Əl-Məyadin” telekanalına müsahibəsində bildirib: “Rusiyalı dostlarımıza bildirmişik ki, zənginləşdirilmiş materiallar İran ərazisində qalacaq və onlardan özümüz istifadə edəcəyik”.
O bildirib: Nüvə enerjisi ilə işləyən gəmilərin və sualtı qayıqların layihələndirilməsi üçün zənginləşdirilmiş materiallara ehtiyacımız var.
Möhsin Rzayi qeyd edib: Biz kibermüharibə sahəsində elə yüksək səviyyəyə çatmışıq ki, ABŞ-nin pilotsuz uçuş aparatlarını idarə edə və onları yerə endirə bilirik.
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi vurğulayıb: ABŞ-nin istənilən yeni hücumu bu ölkənin uzaq məsafədə yerləşən hərbi bazalarının da hədəfə alınması ilə müşayiət olunacaq.
O bildirib: Qərbi Asiyanın bütün cəbhələrində, xüsusilə də Livanda müharibənin başa çatması bizim əsas şərtlərimizdən biridir.

