Kateqoriyasız

Khaled El-Enany UNESCO-nun Baş Direktoru vəzifəsinə namizəd göstərilib

hajiinfo

Bu namizədlik bütün UNESCO üzv dövlətlərinin səsverməsinə təqdim olunacaq və səsvermə 6 noyabr 2025-ci il tarixində Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək Ümumi Konfrans zamanı baş tutacaq. Ümumi Konfrans tərəfindən seçildikdən sonra o, noyabr ayının ortasında Audrey Azoulayın yerini tutacaq.

Fərqli baxış xəbər verir ki, Khaled Ahmed El-Enany Ali Ezz 1971-ci ildə doğulub, Misirşünasdır və Helwan Universitetində Misirşünaslıq üzrə professor kimi 30 ildən artıqdır dərs deyir. O, Turizm və Qonaqpərvərlik Fakültəsinin dekan müavini, Açıq Təhsil Mərkəzinin direktoru və Turist Bələdçi Şöbəsinin rəhbəri vəzifələrində çalışıb. Paul-Valéry Montpellier 3 Universitetindən (Fransa) Misirşünaslıq üzrə doktorluq dərəcəsi alıb və bir neçə dəfə qonaq professor kimi fəaliyyət göstərib.

O, Milli Misir Mədəniyyəti Muzeyinə (2014-2016) və Qahirə Misir Muzeyinə (2015-2016) rəhbərlik edib. 2016-2022-ci illərdə isə Ərəb Respublikası Misirinin Antik Əşyalar Naziri və sonradan Turizm və Antik Əşyalar Naziri vəzifələrində çalışıb.

O, bir sıra beynəlxalq elmi cəmiyyətlərin üzvüdür. 2024-cü ilin noyabrında Dünya Turizm Təşkilatı tərəfindən Mədəni Turizm üzrə Xüsusi Səfir təyin edilmiş, daha sonra isə Afrika Dünya İrs Fondunun himayədarı olmuşdur. O, bir neçə beynəlxalq mükafatlara sahibdir. Ərəb, fransız və ingilis dillərini bilir.

Fərqli baxış

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Are you human? Please solve:Captcha