Kaliforniyada atışma 2 yaralı ilə nəticələndi
Fərqli baxışın verdiyi xəbərə görə, ABŞ polisi bildirib ki, Kaliforniyanın Vestfild Velli bölgəsində Qara Cümə günü baş verən atışma zamanı iki nəfər yaralanıb.
Kaliforniya ştatının San Xose polis idarəsi bildirib ki, qurbanlar Santa Klara ticarət mərkəzində tapılıb və yerli xəstəxanaya aparılıb. Onların vəziyyəti müəyyən deyil.
Polis güman edir ki, bu iki şəxs ayrı-ayrı hadisələr zamanı yaralanıblar. Onlar həmçinin araşdırmalar davam edərkən vətəndaşlardan hadisə yerini tərk etmələrini xahiş ediblər.
Fərqli baxış

