İsrail həbsxanalarında “hərəkət edən skeletlər”
“Bilmirəm, biz mağara əhli kimi olmuşuq, yoxsa qəbir əhli kimi.” — HƏMAS liderlərindən və ən köhnə fələstinli məhbuslardan biri olan Həsən Salamenin bu sözləri Fələstinli məhbusların son dərəcə ağır və qeyri‑insani şəraitini təsvir edir.
Fələstinli məhbusların vəkili Həsən Əbadi, səhrada yerləşən “Ganot” həbsxanasında Salame ilə görüşdən sonra bildirib ki, o, öz vəziyyətini və digər məhbusların durumunu belə təsvir edib:
“Onlarla kiloqram çəki itirmişik; yemək azdır, keyfiyyətsiz və kifayət etmir. Faktiki olaraq ağır qidalanma çatışmazlığı yaşayırıq və hərəkət edən skeletlərə çevrilmişik.”
Əbadi görüş anını belə təsvir edib:
“Onu təkadamlıq kameradan birbaşa çıxarılmış halda gördüm; bir qrup maskalı və silahlı nəzarətçi onu müşayiət edirdi.”
Çətin şəraitə baxmayaraq, Salame yüksək ruhiyyədə olub və qısa söhbət zamanı həyat yoldaşı — azad edilmiş fələstinli məhbus Güfran Zamil haqqında hörmət və məhəbbətlə danışaraq deyib ki, “o, mənimlə müqayisədə daha çox əzab və səbir yükü daşıyır.”
Fərqli baxış

