Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq və dövlət sərhədinin qanunsuz keçilməsi hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Azərbaycanın Dövlət Sərhəd Xidməti İrandan ölkə ərazisinə keçməyə çalışan və silahlı müqavimət göstərən sərhəd pozucusunun zərərsizləşdirildiyini açıqlayıb.
Qurumun məlumatına görə, hadisə Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində qeydə alınıb.

