İranın İraqa qaz ixracı bərpa olundu
Fərqli baxış xəbər verir ki, ABŞ-ın etirazına baxmayaraq, İran qonşu İraqa təbii qaz ixracını yenidən başladıb.
Reuters agentliyinin İraqın Elektrik Nazirliyinin sözçüsünə istinadən verdiyi məlumata görə, gündəlik ixrac həcmi 7 milyon kubmetrdir.
Nazirlik rəsmiləri gələcək qaz tədarükünü müzakirə etmək üçün Tehrana səfər etməyi planlaşdırırlar.
Fərqli baxış

