İranda Mossad casusu Ehsan Əfrəşte edam olunub





Mustafa oğlu Ehsan Əfrəşte Nepalda Mossad tərəfindən təlim aldığı və ölkənin həssas məlumatlarını İsrailə ötürdüyü ittihamı ilə casusluq və informasiya əməkdaşlığına görə saxlanılıb və mühakimə olunmuşdu.
Cinayət prosesi tam başa çatdıqdan və Ali Məhkəmə hökmü təsdiqlədikdən sonra o, bu gün səhər edam edilib.
Bildirilib ki, o, Mossad zabiti ilə ilk əlaqədən sonra bir neçə mərhələdə mesajlaşma tətbiqləri vasitəsilə əlaqə saxlayıb və sonradan elektron poçt üzərindən yazışmaları davam etdirib.
O, əvvəlcə internet taksi sürücüsü adı altında Mossad zabitlərinin tapşırıqlarını yerinə yetirirmiş.
Əfrəşte əməkdaşlıq dövründə ingilis, fransız və ivrit dillərinə yiyələnib və Mossadda onun təşkilati adı “James” olub.
Məhkum Mossad ilə əməkdaşlığı dövründə səsli əlaqələrdən əlavə hər ay ən azı 4-5 elektron məktub göndərib və tərəflər arasında 300-dən çox mesaj mübadilə olunub.
Fərqli baxış

