“İranda gizli edam iddiaları yalandır”
İran Məhkəmə Hakimiyyət Media Nərkəzi, sionist “Israel Hayom” mediasının “İranda minlərlə gizli edam” iddiasına cavab olaraq bildirib ki, son iğtişaşlarla bağlı heç bir iş üzrə icra oluna bilən qəti hökm çıxarılmayıb.
Son iğtişaşlar və terror hadisələri ilə bağlı işlər hələ də məhkəmə instansiyalarında araşdırma mərhələsindədir və bu işlər üzrə hökmlər icra mərhələsinə çatmış qəti qərar səviyyəsində deyil.
Buna görə də son hadisələrlə əlaqəli şəxslərin edamı barədə yayılan bütün iddialar əsassız və saxtadır.
@Ferqlibaxish

