İran və Çin arasında nüvə məsələsi və Şanxay Əməkdaşlıq Təşkilatı ilə bağlı məsləhətləşmələr
İran və Çin Xarici İşlər nazirliklərinin siyasi məsələlər üzrə müavinləri – Məcid Təxt Rəvançi və Myao De Yu Tehranda görüşərək strateji münasibətlərin inkişaf etdirilməsi, ikitərəfli və çoxşaxəli əməkdaşlığın dərinləşdirilməsi və 25 illik hərtərəfli əməkdaşlıq proqramının icrası üzərində dayandılar.
İran Çinin regionda sabitliyin təminindəki konstruktiv roluna görə təşəkkürünü bildirdi, Çin isə İran və Səudiyyə Ərəbistanı ilə əməkdaşlığın gücləndirilməsinə və regionda sülh və sabitliyin təmin edilməsinə hazır olduğunu vurğuladı.
Həmçinin tərəflər İranın nüvə proqramı, 2026-cı ildə diplomatik münasibətlərin 55 illiyi ilə bağlı tədbirlər və Şanxay Əməkdaşlıq Təşkilatı və BRICS kimi beynəlxalq və regional təşkilatlarda əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə etdilər.
Fərqli Baxış

