İran Ordusunun 4 qoşun növünün döyüş quruluşuna min strateji PUA əlavə edildi
Fərqli baxış xəbər verir ki, İran İslam cümhuriyyəti Ordusunun Baş Komandanının əmri ilə bu gün ordunun dörd qoşun növünün döyüş quruluşuna min ədəd strateji pilotsuz uçuş aparatı daxil oldu.
Bu PUA-lar yeni təhdidlər və 12 günlük müharibənin təcrübələri əsasında ordunun mütəxəssisləri tərəfindən Müdafiə Nazirliyinin əməkdaşlığı ilə hazırlanıb və məhv etmə, hücum, kəşfiyyat və radio‑elektron mübarizə siniflərinə aiddir. Onlar dənizdə, havada və quruda xüsusi sabit və hərəkətli hədəflərin məhv edilməsi üçün dizayn edilib.
General‑leytenant Hatəmi, quru və dəniz bazalı PUA-ların qoşulması əmri sonrası:
“Qarşıdakı təhdidlərə uyğun olaraq sürətli döyüş qabiliyyətinin və hər cür hücuma qarşı sərt cavab vermək imkanlarının qorunması və artırılması ordunun daimi gündəmindədir.”
Hərbi sirrlərin qorunması səbəbilə bu PUA-ların görüntüləri yayımlanmayıb.
Fərqli baxış

