“İran Hizbullahı qətiyyətlə dəstəkləyir”
Fərqli baxış xəbər verir ki, Livan Hizbullahının Tehran nümayəndəsi Seyyid Abdullah Səfiəddin, Ali Əkbər Vilayəti – Ali Rəhbərin beynəlxalq məsələlər üzrə müşaviri ilə görüşüb danışıqlar aparıb.
Səfiəddin Livan, Hizbullah və Müqavimət oxunun vəziyyəti haqqında məlumat verərək vurğuladı ki, Hizbullah bu gün heç vaxt olmadığı qədər güclüdür və Livanın ərazi bütövlüyünü və xalqını müdafiə etməyə hazırdır və heç bir şəkildə silahını yerə qoymayacaq.
Davamında Vilayəti Hizbullahın strateji mövqeyinə istinad edərək dedi: “Hizbullah, Müqavimət cəbhəsinin ən vacib sütunlarından biri kimi, sionizmə qarşı mübarizədə həlledici rol oynayır və İslam cümhuriyyəti İran, Ali Rəhbərin rəhbərliyi və əmrləri altında, Müqavimətin ön cəbhəsindəki bu qiymətli və fədakar təşkilatı qətiyyətlə dəstəkləməyə davam edəcək.”
Fərqli baxış

