İran Hərbi Mətbuat Katibi: “Müharibəni proqnozlaşdırmışdıq!”
Fərqli baxış xəbər verir ki, General Naini bu haqda bildirib: İran raketləri hədəflərə çatmaq üçün İraq, Suriya və İordaniyanın səmasından keçdi; burada təxminən 200 müasir döyüş təyyarəsi və bölgənin bütün hava hücumundan müdafiə sistemləri onları durdurmaq üçün yerləşdirilmişdi.
Düşman deyirdi ki, onun sistemləri doygunluğa çatmayacaq, amma biz “kaskad” (həcmli hücumlar) və kombinə edilmiş taktikalarla onların həyati hədəflərini məhv etdik.
Biz onların elm əsaslı mərkəzlərini, kəşfiyyat mərkəzlərini və yeganə fəaliyyətdə olan emal zavodunu (yanacaq təchizatının 70%-ni təmin edən) dəqiq şəkildə hədəflədik. Onlar özləri etiraf etdilər ki, növbəti 20 il üçün elmi nailiyyətləri məhv oldu.
Bütün bunlar ölkə daxilində İnformasiya Cəmiyyəti Təlimi həyata keçirilərkən baş verdi, bütün terror dəstələri müəyyən edilmişdi və 12 günlük müharibə zamanı ölkə daxilində heç bir uğurlu terror əməliyyatı baş vermədi.
Bəziləri “Gözlənilməz” şübhəsini irəli sürürlər, nəzərə almaq lazımdır ki, biz strateji səviyyədə (müharibənin baş verməsi prinsipi) təcübə etmədik və müharibəni proqnozlaşdırdıq, amma taktiki səviyyədə (ilk zərbənin dəqiq vaxtı və yeri) müasir müharibələrdə “gözlənilməz” olması təbiidir.”
Fərqli baxış

