Azərbaycan

IPhone-da bu sözlərin avtomatik yazılması mümkün deyil – Apple-in yüz minlik siyahısı varmış

admin info

Apple şirkəti iPhone-un klaviaturasında mətn yazarkən təklif olunması qadağan edilən 100.000 söz və ifadədən ibarət gizli siyahı tərtib edib.

belə söz və ifadələrə “diktator Tramp”, “Yuxulu Co”, “Tibetin müstəqilliyi” və “Birləşmiş İrlandiya” və sair daxildir.

Məsələn, klaviaturada “Yuxulu Co” əvəzinə “yuxulu ümid”, “Birləşmiş İrlandiya” əvəzinə isə “Birləşmiş İslandiya” ifadəsi təklif olunur.

Rus dilində məhdudlaşdırılmış ifadələrə “qoşun göndərmək”, “Gürcüstanla müharibə”, “yəhudi məsələsi” və digər ifadələr daxildir.

Apple bunu təhqiramiz və uyğunsuz təkliflərdən yayınmaq istəyi ilə izah edir. Bununla belə, avtomatik təklif edilməsi qadağan olan ifadələri əl ilə daxil etmək mümkün olur. Bir sözlə, söz azadlığı hələ də qüvvədədir. iPhone sadəcə nə deməli olduğunuz barədə sizə bəzi ipucları verəcək.

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Are you human? Please solve:Captcha