İngiltərənin Brayton şəhərində “İsrail məhsullarına yox” kampaniyası
İngiltərənin Brayton şəhərində bir qrup vətəndaş fəalı “İsrail məhsullarına yox” adlı ictimai kampaniyaya start verib. Bu addım Fələstin xalqı ilə həmrəylik nümayiş etdirmək və Qəzzədə sionist rejimin siyasət və fəaliyyətlərinə etiraz məqsədi daşıyır.
Kampaniya iştirakçıları şəhər sakinlərinin evlərinə gedərək onlardan İsrail məhsullarını boykot etməklə işğalçı siyasətlərə qarşı ictimai və iqtisadi təzyiqlərə qoşulmağı xahiş ediblər. Hərəkatın məqsədinin Braytonu “aparteiddən azad zona”ya çevirmək və Fələstinə dəstək mesajı vermək olduğu bildirilib.
Bu təşəbbüsün təşkilatçıları olan Brighton PSC qrupunun üzvləri indiyədək 70-dən çox ailənin kampaniyaya qoşulduğunu və İsrail məhsulları almamaq öhdəliyi götürdüyünü açıqlayıblar. Onların sözlərinə görə, bu təşəbbüs yerli səviyyədə ictimai təzyiq nümunəsinə çevrilə bilər.
Könüllülər şəhər mərkəzində apardıqları maarifləndirmə fəaliyyətləri çərçivəsində vətəndaşlarla söhbət edərək boykotun məqsədləri və Qəzzə böhranının humanitar tərəfləri barədə məlumat verirlər.
Fərqli baxış

