Kateqoriyasız

İki Fələstinlinin şəhid edilməsinə görə məsul komandir vəzifəcə yüksəldi!

hajiinfo

İki Fələstinlinin şəhid edilməsinə görə məsul komandir vəzifəcə yüksəldi!

Fərqli baxışın verdiyi xəbərə görə, Haarets qəzeti yazır ki, İsrail rejiminin Daxili Təhlükəsizlik naziri “İtamar Ben Qvir” Sərhəd Mühafizə Dəstələrindəki Müstəəribun (Ərəb görünüşlü) bölməsinin komandirinə bildirib ki, ona tabe olan əsgərlərin iki Fələstinli gənci şəhid etməsinə görə vəzifəcə yüksəldiləcək.

Keçən həftə İsrail rejiminin əsgərləri Yeninə hücum zamanı iki fələstinli gəncə təslim olduqdan və silahsız olduqları halda atəş açaraq, onları kameralar qarşısında şəhid etdilər.

Bu hadisə beynəlxalq səviyyədə əks-səda doğurdu və həmin qəzet bunun İsrail üçün utanc olduğunu yazdı.

Ben Qvir bu cinayətdən bir gün sonra, iki Fələstinli gənci soyuqqanlılıqla şəhid edən üç əsgərin saxlandığı yerə getdi və utanmadan dedi: “Bu səhv üsluba son verilməlidir; hər dəfə bizim əsgərlərimiz bir ‘təxribatçıya’ (sionistlərin fələstinlilər üçün işlətdiyi termin) atəş açanda, dərhal sorğu üçün götürülür.”

Fərqli baxış

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Are you human? Please solve:Captcha