Kateqoriyasız

İki alman qəzetinə Qəzzə xəbərlərinə görə töhmət

hajiinfo

İki alman qəzetinə Qəzzə xəbərlərinə görə töhmət

Almaniya Mətbuat Şurası bu gün, çərşənbə günü Qəzzə hadisələrinin işıqlandırılmasında “İsrail” rejiminin narrativini təkrarladıqları üçün “Bild” və “Welt” qəzetlərinə töhmət verib.

Şuranın bəyanatında qeyd olunur ki, “Bild” qəzetinin saytında “Əl-Cəzirə”nin fələstinli jurnalisti Ənəs əş-Şərifin “İsrail” hücumu nəticəsində şəhid olması ilə bağlı yayımlanan xəbərdə, rejimin onu “HƏMAS-a bağlı bir hücrənin komandiri” olması iddiası əks etdirilib.

Bəyanata görə, bu iddia heç bir yetərli sübut təqdim edilmədən, xəbər başlığında təsdiqlənmiş fakt kimi verilib. Şura bunu jurnalistikanın araşdırma və dəqiqlik borcunun pozulması və jurnalistin şəxsi ləyaqətinə ciddi hörmətsizlik kimi qiymətləndirərək qəzetə töhmət verilməsini zəruri sayıb.

Həmçinin Almaniya Mətbuat Şurası Qəzzədə qida çatışmazlığından əziyyət çəkən uşaqların görüntüləri ilə bağlı təsdiqlənməmiş məlumatlar yaydığına görə “Welt” qəzetinə də töhmət verilməsi barədə qərar qəbul edib.

Fərqli Baxış

Leave a comment

Your email address will not be published. Required fields are marked *

Are you human? Please solve:Captcha