Hörmüz boğazı hələ də İranın nəzarətindədir
ABŞ-ın “Azadlıq layihəsi” uğursuz oldu!



Fərqli baxış Rəsmi beynəlxalq dəniz məlumat mənbələrinin sənədlərinə istinadən xəbər verir ki, son 24 saat ərzində Hörmüz boğazı tam şəkildə İranın nəzarətində qalıb və ABŞ-ın “Azadlıq layihəsi” uğursuz olub.
ABŞ Hərbi Dəniz Qüvvələrinin boğazda gəmilərin təhlükəsiz keçidi üçün yeni marşrut yaratdığı iddiasına baxmayaraq, peyk və dəniz izləmə məlumatlarına görə bu marşrutla heç bir gəmi keçməyib. Hətta “Maersk” gəmisinin keçidi ilə bağlı iddia da hələ rəsmi təsdiqini tapmayıb.
HFI Research ABŞ-ın boğazı “açma” cəhdlərinə reaksiyada bildirib ki, heç bir gəmi hətta Hörmüz boğazından keçməyi sınaqdan keçirmir.
Britaniyanın dəniz ticarəti təşkilatının hesabatına görə, dünən bir saat ərzində İranın xəbərdarlıqlarına məhəl qoymayan 3 gəmi “xəbərdarlıq atəşi” ilə hədəfə alınıb. Həmçinin bazar ertəsi səhər ADNOC ilə əlaqəli bir BƏƏ tankerinin də hədəfə alındığı bildirilir.
Dəniz izləmə məlumatlarına görə isə “Darya”, “NOOH GAS” və “XAVIA” adlı İranla əlaqəli ən azı üç gəmi həmin gün Hörmüz boğazından keçib.
Fərqli baxış

