Hizbullah nümayəndəsi: Livan heç vaxt düşmən qarşısında təslim olmayacaq
İrandan göstərilən dəstəyə görə minnətdarıq
Hizbullahın Livan parlamentindəki yüksək səviyyəli nümayəndəsi Həsən Fəzlullah Məşhəddə keçirilən Asiya Parlament Assambleyasında:
Ərəb və islam ölkələri arasında əməkdaşlıq, keçmişdəki ixtilafları və narazılıqları kənara qoymaq, əlaqələri gücləndirmək hamının xeyrinədir.
Ərəb və islam ölkələri arasında hər hansı bir yaxınlaşma təqdirəlayiq addımdır; çünki bu ölkələrin hamısına qarşı yaxın və real təhlükə mövcuddur. Bunu sionist rejimin İran, Qətər, Suriya və Yəmənə qarşı suverenliyə və millətlərin təhlükəsizliyinə yönəlik bütün təcavüz silsiləsində, həmçinin Livana davam edən təcavüzlərində və Qəzzəyə qarşı soyqırım müharibəsində gördük.
Bu gün ən zəruri olan region ölkələrinə qarşı aparılan müharibələrə və təzyiqlərə qarşı möhkəm dayanmaq və müqavimət göstərməkdir. Biz bu çətin məqamda təslim ola bilmərik; çünki işğalçı rejimə güzəştə getmək onu yalnız yeni təcavüzlərə daha da cəsarətləndirər.
Fərqli Baxış

