Hindistanda süni intellekt investisiya dalğası güclənir: maraq narahatlıqla yanaşı artır
Qlobal süni intellekt yarışının sürətlənməsi fonunda Silikon Vadisinin aparıcı texnologiya nəhəngləri Hindistana milyardlarla dollar həcmində sərmayə yatırmağı vəd edir Amazon, Microsoft və Google oktyabr ayından bəri Hindistanda ümumilikdə 67,5 milyard dollar dəyərində investisiya öhdəliyi götürüblər. Bu məbləğin təxminən 80 faizi yalnız cari ayın payına düşür.
Sərmayələrin əsas hissəsi çatbot sorğularının emalı üçün iri məlumat mərkəzlərinin inşasına yönəldiləcək. Bununla yanaşı, yerli proqram təminatı mütəxəssislərinin hazırlanması üzrə təlim proqramları, eləcə də kiçik bizneslər arasında süni intellektdən istifadənin genişləndirilməsi planlaşdırılır.
Mütəxəssislər bu investisiyaların Hindistanın texnoloji potensialını gücləndirəcəyini desələr də, eyni zamanda bazarın sürətlə böyüməsinin tənzimləmə, enerji istehlakı və məlumat təhlükəsizliyi ilə bağlı risklər yaratdığını da vurğulayırlar
Fərqli Baxış

