HƏMAS: “İsrail” həbsxanalarında əsir Zəulun şəhadəti, əsirlərin edamı siyahısında yeni cinayətdir
Fələstin İslam Müqavimət Hərəkatı HƏMAS bu gün, (bazar günü) bəyan edib ki, Beytülləhmə bağlı Husan qəsəbəsindən olan 26 yaşlı fələstinli əsir Səxr Əhməd Xəlil Zəulun sionist rejimin “Ofer” həbsxanasında şəhadəti, işğalçı rejimin əsirləri edam etməsi və işgəncə ilə yanaşı qəsdən tibbi laqeydlik yolu ilə yavaş-yavaş qətlə yetirməsi dosyesinə əlavə olunan yeni bir cinayətdir.
HƏMAS bildirib: əsir Səxr Zəulun şəhadəti münasibətilə başsağlığı verir və vurğulayırıq ki, bu cinayət işğalçı rejimin əsirlərin edamını davam etdirmə siyasətinin açıq göstəricisidir.
Hərəkat qeyd edib ki, bu yeni cinayət işğalçı rejimin fələstinli əsirlərə qarşı törətdiyi qara cinayətlər siyahısını daha da genişləndirir; bu cinayətlər qəsdən tibbi səhlənkarlıq, işgəncə və həbsxana idarələrinin vəhşi rəftarı fonunda, əsirlərin iradəsini qırmaq və müqavimətini sarsıtmaq məqsədi ilə həyata keçirilir.
HƏMAS sionist rejim “İsrail”i Zəulun şəhadətinə görə tam məsuliyyətli hesab edib və əsirlərə qarşı artan və təhlükəli cinayətkar yanaşma barədə xəbərdarlıq edib.
Fərqli Baxış

