HƏMAS inkişaf etdirilmiş “Merkava 4” tanklarını işlənməz hala gətirdi!
Fərqli baxış xəbər verir ki, İsrail rejiminin ordu radiosu ilk dəfə olaraq məxfi məlumat yaydı və ordu daxilində böyük bir şok yaratdı. Bu məlumat göstərir ki, HƏMAS hərəkatının hərbi qanadı Şəhid Əzzəddin əl-Qassam briqadalarının elit qüvvələri 7 Oktyabr 2023-cü ildə “Əqsa Tufanı” əməliyyatı zamanı Merkava 4 tanklarını onların içindəki gizli açardan istifadə edərək işlənməz hala gətirə bildilər.
Bu radio açıqladı ki, HƏMAS hərəkatı İsrail rejiminin ən inkişaf etmiş tanklarından sayılan bu tankların necə işlədiləcəyi və dayandırılacağı məlumatını hərbçilərin xüsusi rabitə şəbəkələri vasitəsilə toplayıb.
Bu hərəkat on minlərlə İsrail rejimi hərbçisini nəzarət altında saxlayaraq “puzzle parçalarını” bir araya gətirdi və dəyərli məlumatlar əldə etdi.
Bu mənbə əlavə etdi: “HƏMAS tərəfindən toplanan məlumatlar bazalar, yerlər və bir zirehli qüvvələr təlim mərkəzindən, həmçinin tankın içindən təlim videolarından əldə edilən şəkil və filmləri əhatə edirdi.”
Fərqli baxış

