HƏMAS 29 noyabrın “işğalçı rejimə qarşı xalq hərəkatlarının yenidən canlanması üzrə beynəlxalq gün” elan edilməsini tələb edib
İslam Müqavimət Hərəkatı HƏMAS “Fələstin xalqı ilə beynəlxalq həmrəylik günü” münasibətilə verdiyi bəyanatda işğalçılıq və sionist rejimin Fələstin xalqına və torpağına qarşı cinayətkar hərəkətlərinə qarşı qlobal xalq hərəkatlarının gücləndirilməsinə çağırıb, Fələstin məsələsinin ədalətli xarakterinə və xalqın azadlıq və müstəqillik kimi qanuni hüquqlarına hər cür dəstəyin artırılmasını vurğulayıb.
HƏMAS bəyanatda əlavə edib: “Fələstinə dəstək üçün qlobal xalq hərəkatlarından, eləcə də fələstinlilərin ədalətli davasını müdafiə edən bütün rəsmi və xalq mövqelərindən məmnunluq duyuruq və işğal tamamilə bitənə qədər Fələstin xalqının mübarizəsini dəstəkləmək üçün səylərin birləşdirilməsini tələb edirik”.
Fərqli Baxış

