Həzrət Abbasın (ə) Müqəddəs Hərəmi Həzrət Ümmül-Bəninin (s.ə) vəfatının ildönümünü qeyd etmək üçün matəm məclisi təşkil edib
Fərqli Baxış Əbəlfəz ağanın müqəddəs hərəminə istinadən xəbər verir ki, Həzrət Abbasın (ə) Müqəddəs Hərəmi, Həzrət Ümmül-Bəninin (s.ə) vəfatının ildönümünü qeyd etmək məqsədilə matəm məclisi təşkil edib.

Məclis Hərəmin Hüseyni təbliğ üzrə Xütbə Şöbəsi tərəfindən təşkil edilir və üç gün davam edəcək.
Məclisdə din xadimi Şeyx Əhməd Rübeyi dini məruzə təqdim edərək Həzrət Ümmül-Bəninin (s.ə) həyatının mühüm mərhələlərindən, İslama xidmətlərindən və fədakarlıqlarından danışıb. O, həmçinin İslamda qadının mövqeyi, cəmiyyətdəki mühüm rolu və Peyğəmbər Əkrəmin (s) qadının ictimai və tarixi rolunu vurğulayan hədislərinə də toxunub.

Məclisdə mərsiyəxan Molla Basim Kərbəlayi münasibətlə bağlı mərsiyə və İmam Hüseyn (ə) şeirlərini səsləndirib. Ziyarət üçün gələn zəvvarların çoxsaylı iştirakı da qeyd edilib.
Həzrət Abbasın (ə) Müqəddəs Hərəmi, Əhli-Beyt (ə) irsini yaşatmaq və onların nümunəvi həyat yolunu insanlara çatdırmaq məqsədilə bu kimi əzadarlıq mərasimlərinə xüsusi önəm verir.


Fərqli baxış

